Tat dili

Tat dili
Orijinal adı зугьун тати, zuhun tati, zuban tati
Ölkələr Rusiya, Azərbaycan
Regionlar Dağıstan, Quba, Şabran, Xaçmaz, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Lahıc, Bakı, Abşeron, Hacıqabul
Rəsmi status Dağıstan
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Hind-Avropa dilləri

İran dil qrupu
Qərbi yarımqrup
Yazı kiril əlifbası, latın əlifbası (tat yazısı)
Dil kodları
QOST 7.75–97 тат 665
ISO 639-1
ISO 639-2
ISO 639-3 ttt — tat dili
jdt — dağ yəhudilərinin dialekti
Dilin strukturlarının dünya atlası tmu
Atlas of the World’s Languages in Danger 1059
IETF ttt
Glottolog cauc1242

Tat dili və ya Tati fars dili[1][2] — Qafqazda yaşayan tatların dili.

Tat dili Xəzəryanı ərazilərdə – İranda, Azərbaycanın şimal-şərq rayonlarında, Abşeron yarımadasında, Dağıstanın cənub-şərqində, DərbəndMahaçqala şəhərlərində, Azərbaycanda isə İsmayıllı, Xızı, Şamaxı, Quba, ŞabranAbşeron ərazilərində danışılır.[3] Azərbaycanda yaşayan tatların dili Azərbaycan dili ilə daimi qarşılıqlı əlaqədədir.[3] Quba ləhcəsi tat dilinin Azərbaycanda ən geniş yayılmış ləhcəsidir.[3]


Tat dilində 33 səs vardır.

Tat dili sait səsləri haqqında fikirlər müxtəlifdir. Məsələn: V.S. Sokolova görə Qonaqkənd, Dəvəçi və Suraxanı ləhcələri üçün vokalizm 8 fonemdən ibarətdir. Bunlar: i, e, a, u, ü, ey, oy, öü. Tədqiqatçı burada nədənsə ə, o, ö, və ı müstəqil fonemlərinin varlığını qəbul etmir. [4] Maqsud Hacıyev öz kitabında bunun tamamilə səhv qərar olduğunu və tat dili vokalizminin 13 fonemdən ibarət olduğunu qeyd edir. Əlavə də edir ki, onlardan 9-u monoftonq , 4-ü isə diftonqdur. [5]

  1. Windfuhr, Gernot. The Iranian Languages (ingilis). Routledge. 2013-05-13. ISBN 978-1-135-79704-1. 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  2. "Arxivlənmiş surət". www.semanticscholar.org. 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  3. 1 2 3 Hüseynova
  4. Соколова, Валентина Степановна. Очерки по фонетике иранских языков (Russian). Москва: Академии Наук СССР. 1953.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; :0 adlı istinad üçün mətn göstərilməyib

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search